İdman
Bir qələbə ilə 4 rekord qırdı
“Mercedes” pilotu Andrea Kimi Antonelli Monako Qran Prisini qazandıqdan sonra bir neçə rekorda imza atıb.
Publika.az xəbər verir ki, italiyalı pilot Formula 1 tarixində Monako Qran Prisinin ən gənc qalibi olub. O, 19 il 9 aylıqda qalib gələrək Luis Hamiltonun 23 yaşında sahib olduğu 16 illik rekordu qırıb.
Antonelli həmçinin hazırda ən gənc Böyük Dəbilqə qalibidir. O, poul mövqeyini tutmuş, hər dövrədə liderlik etmiş, ən sürətli dövrəni təyin etmiş və yarışın qalibi olmuşdur. Əvvəlki rekord dördqat çempion Maks Ferstappenə məxsus idi və o, Böyük Dəbilqəni 23 il 9 aylıqda qazanmışdı.
Üstəlik, Kimi həm də karyerasında ilk beş qələbə qazanan ən gənc Formula 1 pilotudur.
O, həmçinin 22 il ərzində Monako yarışında qalib gələn ilk italyan oldu.
Xatırladaq ki, Formula 1-in altıncı mərhələsi olan Monako Qran Prisi 7 iyun bazar günü başa çatıb.
Yeddiqat dünya çempionu Luis Hemilton finiş xəttini ikinci keçib. “Red Bull” pilotu İsaak Hacar isə üçüncü yeri tutub.
-
Avropa07:30Monastırda sensasion kəşf
-
Magazin206:1650 yaşlı Şarliz Teron qala gecəsində göz oxşadı
-
Sağlamlıq02:42Kəsilmiş qarpızı nə qədər saxlamaq olar?
-
ABŞ00:15ABŞ-ın məxfi "51-ci Zona"sında GÜCLÜ YANĞIN
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni ilham mənbələri tapa bilərsiniz
-
Səhiyyə30 İyul 23:48Diabetin gözlənilməz səbəbi - Yeni müalicə strategiyası yarana bilər
-
Magazin230 İyul 23:36Ben Afflek bir milyon dollar qazandı
-
Magazin130 İyul 23:12"Bunu evdən öyrənib efirə gəlin" - - Könül Kərimovadan irad


























.jpg)







