İdman
Qalmaqal bitdi: FİFA onunla dil tapdı
FİFA Fransa millisinin keçmiş yarımmüdafiəçisi Lassana Diarra ilə transfer hüquqları ilə bağlı razılığa gəlib.
Publika.az xəbər verir ki, beynəlxalq futbol təşkilatı bu barədə gün məlumat verib.
Avropa Birliyinin ən yüksək məhkəməsi (CJEU) beynəlxalq futbol qurumunun bəzi qaydalarının AB qanunlarını pozduğuna dair qərar çıxardıqdan sonra Diarra FİFA və Belçika Futbol Assosiasiyasından 65 milyon avro təzminat tələb edirdi.
Diarra 2014-cü ildə dörd illik müqavilə imzaladıqdan bir il sonra Moskvanın “Lokomotiv” klubundan ayrıldığı üçün FİFA tərəfindən 10 milyon avro cərimələnib. 2015-ci ildə müqavilənin vaxtından əvvəl ləğvi ilə bağlı FİFA-nın sanksiyaları səbəbindən onun “Şarleru”aya transferi dayandırılıb.
FİFA-nın açıqlamasında deyilir: “Əldə edilən qlobal razılaşmaya uyğun olaraq, cənab Lassana Diarra və FİFA aralarındakı bütün hüquqi mübahisələri həll ediblər. FİFA heç bir məsuliyyəti qəbul etməyib və heç bir kompensasiya ödənişi etməyib. FİFA hazırda başqa heç bir şərh verməyəcək”.
-
Kriminal18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi


































