İdman
FİFA ABŞ qarşısında “ağ bayraq” qaldırdı: Abdulkadir DÇ-yə buraxılmadı
FİFA somalili hakim Omar Abdulkadir Artanla bağlı rəsmi açıqlama yayıb.
Publika.az xəbər verir ki, 2025-ci ilin ən yaxşı Afrika hakimi seçilən Artanın ABŞ-a girişinə icazə verilməyib. O, Mayami Beynəlxalq Hava Limanına çatdıqdan sonra səbəb açıqlanmadan ölkəyə buraxılmayıb. Hazırda hakim Türkiyədədir.
Somali ABŞ Prezidenti Donald Tramp administrasiyasının sərt giriş məhdudiyyətləri tətbiq etdiyi ölkələr siyahısına daxildir. ABŞ immiqrasiya orqanları Artanın ölkəyə buraxılmamasının konkret səbəbini açıqlamayıb.
FİFA isə rəsmi bəyanatında Omar Abdulkadir Artanın ABŞ-a giriş icazəsi ala bilmədiyi üçün 2026-cı il dünya çempionatının oyunlarını idarə edə bilməyəcəyini təsdiqləyib:
“FİFA təsdiqləyir ki, baş hakim Omar Abdulkadir Artan ABŞ-a girişinə icazə verilmədiyi üçün 2026-cı il dünya çempionatının oyunlarını idarə edə bilməyəcək. FİFA ev sahibi ölkənin immiqrasiya proseslərində, o cümlədən viza müraciətlərinin qiymətləndirilməsində iştirak etmir və səlahiyyətli orqanlardan Artanın statusunun hazırda dəyişdirilməyəcəyi barədə məlumat alıb. Əvvəlki FİFA turnirlərində olduğu kimi, vizanın verilməsi və ölkəyə girişə icazə ilə bağlı yekun qərarı ev sahibi ölkənin hökuməti qəbul edir”.
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?










.webp)


.jpg)









.jpg)









