İdman
Türkiyə nəhəngi PSJ-nin futbolçusu üçün hərəkətə keçdi
PSJ-nin qapıçısı Lyuk Şevalyenin klubdakı gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.
Publika.az xəbər verir ki, bu barədə L’Equipe nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, 24 yaşlı qolkiper cari mövsümdə kifayət qədər oyun praktikası əldə etsə də, onunla iki klub yaxından maraqlanır. Söhbət bir neçə gün əvvəl fransız qapıçının transferi ilə bağlı sorğu göndərən “Beşiktaş”dan və ciddi maraq göstərən “Tottenhem”dən gedir.
Şevalye əsas heyətdə yer uğrunda mübarizədə rusiyalı qapıçı Matvey Safonova uduzub. O, sonuncu dəfə 2026-cı il yanvarın 23-də meydana çıxıb və həmin oyunda PSJ “Oser”i 1:0 hesabı ilə məğlub edib.
2025/26 mövsümündə Lyuk Şevalye bütün turnirlərdə 26 oyunda iştirak edib. O, bu matçlarda 28 qol buraxıb və 10 dəfə qapısını toxunulmaz saxlaya bilib.
Qapıçının Paris klubu ilə müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” portalı onun transfer dəyərini 25 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Şevalye 2025-ci ilin avqustunda “Lill”dən PSJ-yə transfer olunub.
-
Art21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 20:48DİM bununla bağlı tədbirlər görəcək - Fərman
-
Nida Xəbər 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika20:24Prezident Fərman imzaladı
-
Hadisə20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu






.jpg)
.png)




























