İdman
Dünya çempionatının açılış mərasimindən möhtəşəm görüntülər - VİDEO/YENİLƏNDİ
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, tədnir Meksikanın paytaxtı Mexikodakı "Mexiko Siti Stadium"da təşkil olunub.
Rəngarəng şou proqramla yadda qalan mərasimdə məşhur musiqiçilər çıxış edirlər. İfaçılardan Şakira, Burna Boy, Cey Balvin, "Mana" qrupu, Tayla və Alexandro Fernandes açılış mərasiminə rəng qatırlar. Musiqili proqram tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Açılış mərasimindən sonra dünya çempionatının ilk qarşılaşması keçiriləcək. Ev sahibi Meksika millisi Cənubi Afrika Respublikası yığması ilə üz-üzə gələcək.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı tarixdə ilk dəfə üç ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə təşkil olunur. Mundial çərçivəsində daha iki açılış mərasimi baş tutacaq. Tədbirlər iyunun 12-də Kanadanın Toronto şəhərindəki "Toronto Stadium"da, 13-də isə ABŞ-nin Los-Anceles şəhərindəki "Los Angeles Stadium"da keçiriləcək.
xxx
21:36
Futbol üzrə dünya çempionatının açılış mərasimi start götürüb.
Publika.az xəbər verir ki, tədbir Meksikanın paytaxtı Mexikoda - mundialın ilk matçının keçiriləcəyi "Asteka" stadionunda təşkil olunub.
Açılış mərasiminin bədii hissəsində dünyaşöhrətli müğənni Şakira, eləcə də David Getta, EJAE, Meqan Covon Rut Pit və Andrea Boçelli kimi musiqiçilər çıxış edəcəklər.
Dünya çempionatına ABŞ, Kanada və Meksika birgə ev sahibliyi etdiyi üçün FIFA digər iki ölkədə də ilk matçlardan öncə açılış mərasimi keçirməyi planlaşdırır.
Qeyd edək ki, futbol üzrə dünya çempionatı bu gün oynanılacaq Meksika-Cənubi Afrika Respublikası oyunu ilə start götürəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Mundialda ilk dəfə 48 komanda mübarizə aparacaq.
-
Magazin120:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu






.webp)










.jpg)




















