İdman
Dünya çempionatları tarixində belə açılış oyunu olmayıb
2026-cı il dünya çempionatının açılış oyunu tarixi rekordla əlamətdar olub.
Publika.az xəbər verir ki, Meksika yığması ilk turda CAR millisini 2:0 hesabı ilə məğlub edib. Qarşılaşma təkcə nəticə ilə deyil, həm də intizam göstəriciləri ilə diqqət çəkib.
Matç ərzində üç futbolçu qırmızı vərəqə alıb. Afrika təmsilçisinin heyətində Yaya Sithole və Temba Zveyn meydandan qovulub. Meksika millisində isə Sesar Montes oyunu vaxtından əvvəl tərk edib.
Beləliklə, Meksika – CAR qarşılaşması dünya çempionatları tarixində açılış oyunları arasında üç qırmızı vərəqə göstərilən ilk matç olub.
“MisterChip”in məlumatına görə, bu görüş mundial tarixinin ən kobud oyunlarından biri kimi qeydə alınıb. Dünya çempionatlarında yalnız bir dəfə daha çox qırmızı vərəqə göstərilib. Bu, 2006-cı ildə Portuqaliya ilə Niderland arasında keçirilən matçda baş verib. Həmin oyunda ümumilikdə dörd futbolçu meydandan qovulub.
Bugünkü qarşılaşmaya qədər dünya çempionatları tarixində cəmi beş oyunda üç qırmızı vərəqə qeydə alınıb. Onlardan ikisi də 2006-cı il mundialında baş tutub.
-
ABŞ00:15ABŞ-ın məxfi "51-ci Zona"sında GÜCLÜ YANĞIN
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni ilham mənbələri tapa bilərsiniz
-
Səhiyyə30 İyul 23:48Diabetin gözlənilməz səbəbi - Yeni müalicə strategiyası yarana bilər
-
Magazin230 İyul 23:36Ben Afflek bir milyon dollar qazandı
-
Magazin130 İyul 23:12"Bunu evdən öyrənib efirə gəlin" - - Könül Kərimovadan irad
-
İdman30 İyul 22:24"Zirə" Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ
-
ABŞ30 İyul 22:12Uşaq qidaları ilə bağlı şokedici araşdırma - Alimlər nələr aşkar ediblər?
-
Art30 İyul 20:48"44" bədii filmi üzərində iş yekunlaşdı - FOTO













.jpg)















