İdman
“Yunayted”in 3 futbolçusu, o cümlədən Altay cərimələndi - Günahları nədir?
“Mançester Yunayted”in üç oyunçusu yol hərəkəti qaydalarını pozmaqda ittiham olunub.
Publika.az xəbər verir ki, “Sky News”un məlumatına görə, Harri Maquayr və Altay Bayındır cərimələniblər, Mateus Kunya ilə bağlı qərar isə daha sonra veriləcək.
Müdafiəçi Harri Maquayr sürət həddinin aşılmasına görə təxminən 1170 avro cərimə olunub. Ötən ilin dekabr ayında o, avtomobilini təxminən 60 km/saat (37 mil/saat) sürətlə 48 km/saat (30 mil/saat) zonada idarə edib.
Futbolçu günahını etiraf edərək, səhvən yolun 64 km/saat (40 mil/saat) zona olduğunu düşündüyünü bildirib. Cərimədən əlavə, o, üç cərimə xalı alıb.
Qapıçı Altay Bayındır da oxşar qayda pozuntusuna yol verib. Sürət həddi 48 km/saat (30 mil/saat) olduğu halda, türk qapıçı təxminən 66 km/saat (40 mil/saat) sürətlə hərəkət edib. Məhkəmə onu 780 avro cərimə etməklə üç cərimə xalı əlavə etdi.
Hücumçu Mateus Kunya təkcə sürət həddinin aşılmasında (sürət həddi 48 km/saat olduqda 60 km/saata qədər) deyil, həm də qayda pozuntusu zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyi barədə polisə məlumat verməkdən imtina etməkdə ittiham olunur. Braziliyalı hələlik günahını etiraf etməyib, onun məhkəməsi dekabr ayına təyin edilib. Hər üç hadisə ötən il Böyük Mançester ərazisində baş verib.
-
İdman22:32Bu yaranın sağalması üçün vaxt lazım olacaq - Messidən kədərli paylaşım
-
Cənubi Qafqaz22:18Ermənistanda fermerlər magistral yolu bağladı - Video
-
Hadisə21:39Qazaxda göldə boğularaq ölən ata və qızın fotosu
-
Elm və təhsil20:48DİM sədrindən ixtisaslaşma seçimi ilə bağlı xəbərdarlıq - Bunu etmək olmaz
-
Avropa19:50Yeni Baş nazir işə başlayan kimi Trampa zəng etdi
-
Sosial18:30Özəlləşdirmə çeklərinə görə kompensasiya ödənilməsinə başlanılıb? - Rəsmi açıqlama
-
Magazin215:29Məşhur aparıcıdan Azərbaycanla bağlı paylaşım - VİDEO
-
Yaxın Şərq14:30İran adaları ABŞ-ın quru əməliyyatına hazırlaşır: “İsti” qarşılayacağıq








.jpg)





.jpg)
.webp)


















