İdman
Dünya çempionatında VAR-ın “səhv identifikasiya” qaydası işə düşdü
Dünya çempionatları tarixində ilk dəfə VAR “səhv identifikasiya” qaydası ilə müdaxilə edib.
Publika.az xəbər verir ki, Qrup mərhələsində ABŞ — Paraqvay matçının ikinci hissəsində baş hakim Danny Makkelie amerikalıların kapitanı Tim Rimə Miquel Almironun əleyhinə törətdiyi faula görə sarı vərəqə göstərib.
Cərimə zərbəsinin icrasından əvvəl niderlandlı hakim VAR-dan siqnal alıb, təkrara baxıb və öz qərarını ləğv edib. Əvəzində Makkelie Paraqvay futbolçusuna simulyasiya etdiyinə görə sarı vərəqə göstərib.
Bu, dünya çempionatında VAR-ın “səhv identifikasiya” qaydası ilə müdaxilə etdiyi ilk hadisədir. Bu qayda hakimin hansı oyunçunun qayda pozuntusu törətdiyini səhv müəyyənləşdirdiyi halları düzəltməyə imkan verir.
Matç isə ABŞ yığmasının 4:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika23 Noyabr 14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə23 Noyabr 13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?






.jpg)






.jpg)









.jpg)


.jpg)







