İdman
Yubileyin mübarək, çempion! - Dünyanın ən yaxşı oyunçusu 30-u haqladı
Bu gün “Real”ın və Portuqaliya millisinin lideri, “Qızıl top”un son qalibi, hazırda dünyanın ən yaxşı futbolçusu hesab olunan Kriştiano Ronaldonun ad günüdür.
Publika.az xəbər verir ki, Madrid klubunda iki dəfə (2013, 2014) “Qızıl top”u qazanan (bir dəfə də MY-də qazanıb, 2008), Çempionlar Liqasını son qalibi olan Ronni 30 yaşını qeyd edir.
Fantastik karyerası ərzində yuxarıda sadalananlardan başqa, o, “Mançester Yunayted”in heyətində üç dəfə İngilətərə çempionluğunu (2007, 2008, 2009) yaşayıb, İngiltərə kubokunda (2004), Çempionlar Liqasında (2008) və klublararası dünya çempionatında (2008) qalib olub.
2012-ci ildə “Real”la İspaniya çempionu olan Ronaldo 2011 və 2014-cü illərdə ölkə kubokuna, ötən il həmçinin Çempionlar Liqasının kubokuna, UEFA superkubokuna sahib çıxıb, klublararası dünya çempionu olub.
Bundan başqa, Kriştiano milli komandada AÇ-2004-ün gümüş, AÇ-2012-nin bürünc mükafatçısı olub.
O, “Real”ın formasında altıncı ad gününü qeyd edir. 2002-ci ildə “Sportinq”də böyük futbola başlayan bu istedadlı oğlan 13 ildi dayanmadan inkişaf edir. Müasir futbolun iki rəmzindən biri Ronaldodur (digərinin Messi olduğunu demək artıq olar). Təbriklər, çempion!
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu