İdman
UEFA İnfantinonun yerinə namizəd axtarır - Biri Şeyx Salmandır, digəri...
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantinonu əvəz edə biləcək namizədlərin müəyyənləşdirilməsi istiqamətində iş aparır.
Publika.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
Bundan əvvəl bildirilmişdi ki, UEFA, İnfantinonun dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması ilə bağlı plan hazırlamasından sonra istefa verməkdən imtina edəcəyi təqdirdə, ona qarşı etimadsızlıq səsverməsinin keçirilməsi yolu ilə vəzifədən uzaqlaşdırılmasına çalışacaq.
UEFA, Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF), Asiya Futbol Konfederasiyası (AFC) və Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) bu ideyanı rədd edib və İnfantino layihədən imtina edib.
UEFA hesab edir ki, İnfantinonu bütün qitələrdən olan ölkələrin dəstəyini qazana biləcək “birləşdirici fiqur” əvəz etməlidir. "The Telegraph"ın məlumatına görə, təşkilat Avropadan olan namizədləri nəzərdən keçirmir, çünki onların kifayət qədər səs toplaya bilməyəcəyini düşünür. Mümkün namizədlər sırasında CONCACAF prezidenti Viktor Montalyani və 2016-cı il seçkilərində İnfantinoya az fərqlə məğlub olmuş AFC prezidenti Şeyx Salman bin İbrahim Əl Xəlifənin adları çəkilir.
56 yaşlı Canni İnfantino 2016-cı ildə keçirilən növbədənkənar konqresdə FIFA prezidenti seçilib. İtaliyalı funksioner təşkilatda baş vermiş çoxsaylı korrupsiya qalmaqallarından sonra istefa vermiş isveçrəli Yozef Blatteri əvəz edib. İnfantino 2019 və 2023-cü illərdə rəqibsiz əsasda yenidən FIFA prezidenti seçilib. FIFA prezidentinin növbəti seçkisinin mart ayında Mərakeşin paytaxtı Rabatda keçirilməsi planlaşdırılır.
Hüseyn İbadlı
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
















.jpg)

.jpg)
















.jpg)


