İdman
Millimizin baş məşqçisi söz verdi: “Sonadək mübarizə aparacağıq”
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məqşçisi Yaşar Vahabzadə Avro-2017-nin seçmə mərhələsində yığmamızın yer aldığı 7-ci qrupdakı rəqiblər və təqvimlə bağlı fikirlərini bildirib.
Publika.az xəbər verir ki, millimizin çalışdırıcısı çətin qrupa düşdüklərini desə də, sonadək mübarizə aparacaqlarına söz verib:
“Əvvəla, onu deyim ki, heç də asan qrupa düşməmişik. Almaniya və Rusiya yığmaları Avropada sözlərini demiş komandalardır. Avstriya və Finlandiya yığmalarını da hesabdan silmək olmaz. Nə qədər çətin qrupa düşsək də, nəticə əldə etmək üçün sonadək mübarizə aparacağıq. Əlbəttə, əsas məqsəd milli komandaya layiqli oyunçu yetişdirməkdir. Təbii ki, bununla yanaşı, turnir cədvəlində yaxşı nəticə əldə etmək də önəmlidir.
Təqvimə gəlincə, bununla bağlı keçirilən iclasdan əvvəl Finlandiya yığmasının rəhbərliyi təklif irəli sürdü ki, mart və iyul aylarında qrupumuzda oyun olmasın. Çoxluq bu təkliflə razılaşdı. Çalışdıq elə təqvim quraq ki, əsas milli komandanın oyunları ilə bizim qarşılaşmalar arasında müəyyən qədər vaxt olsun. Hesab edirəm ki, normal təqvimdir. Yaxın günlərdə rəqiblər haqda dolğun informasiya toplayacağıq”.
-
Region8 May 23:58
Putinlə Paşinyanın görüşü başladı
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman8 May 23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman8 May 17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım