İdman
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
"Qarabağ" "Dinamo" ilə oyunda rəqibini topsuz qoymağa çalışıb.
Publika.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) ilə Bakıda keçirilən cavab matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis komandanın layiqincə mübarizə apardığını bildirib:
"Futbolçuları təbrik edirəm. Bəzi dəqiqələri çıxmaq şərtilə oyunun içində oldular. Məğlub olmaq istəmirdilər. Yaxşı hücumlar qurduq. Rəqibi topsuz qoymağa çalışırdıq. Hazırladığımız çox şey var idi və razı qaldım. Azarkeşlərə təşəkkür edirəm, möhtəşəm dəstək verdilər. Uşaq vaxtı biz də "Dinamo"ya azarkeşlik etmişik. Belə komandaya qarşı oynamaq çox xoş idi. Onlara da uğurlar arzulayıram".
Mütəxəssis qapıçı Mateuş Koxalskinin komandadan ayrılması ilə bağlı fikirlərə münasibətini bildirib:
"Koxalskinin komandadan getməsi ilə bağlı deyilənlər həqiqətəuyğun deyil. Sadəcə bu matçda digər qapıçıya da şans verməyi düşündüm. Çıxışından razı qaldım".
Qeyd edək ki, "Qarabağ" "Dinamo"nu iki oyunun nəticəsinə əsasən (0:1, 2:0) mübarizədən kənarlaşdıraraq pley-off mərhələsinə adlayıb.
-
Yaxın Şərq15:48ABŞ bu məsələdə İrana güzəştə getdi - 9 milyardlıq razılaşma
-
Sosial15:00Dekabrda neçə gün iş olmayacaq?
-
Nida Təhlil 13:57Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü
-
Ekologiya13:08Sabah yağış yağacaq - PROQNOZ
-
Rəsmi xronika11:49İlham Əliyev Ərdoğana başsağlığı verdi
-
Elm və təhsil11:42Məktəblərdə 7 gün DƏRS OLMAYACAQ
-
Sosial10:35Nisyə mal satanların nəzərinə: Bu gündən...
-
Maraq dünyası10:19Bu bürclər bu həftə çox pul QAZANACAQ






















.jpg)








.jpg)



