İdman
Şeydayev oynadı?
Ramil Şeydayevin çıxış etdiyi “Soçi” növbəti oyununa çıxıb.
Publika.az xəbər verir ki, komanda Rusiya Birinci Liqasının 18-ci turunda Moskvanın “Veles” klubunu qəbul edib.
Qonaqlar 44-cü dəqiqədə Kərim Girayevin qolu ilə hesabı açıblar. İvan Nikin 61-ci dəqiqədə fərqi iki topa çatdırıb.
Lakin “Soçi” məğlubiyyətdən xilas olmağı bacarıb. Nemanya Stoyiç 66-cı dəqiqədə fərqi azaldıb, 89-cu dəqiqədə isə ikinci qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.
Ramil Şeydayev qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib.
Bu nəticədən sonra “Soçi”nin qələbəsiz oyunlar seriyası dördə çatıb. “Veles” isə son altı qarşılaşmada cəmi bir dəfə qalib gəlib.
İqor Osinkinin rəhbərlik etdiyi “Soçi” 19 oyundan topladığı 34 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. “Veles” isə 20 matçda 32 xal qazanaraq beşinci yerdədir.
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB13:50Ukrayna strateji kəndi belə itirdi - VİDEO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO
-
Ekologiya12:39Sabah 16 dərəcə isti olacaq - Hava proqnozu
-
Hadisə11:35Bu ərazilərdə qaz kəsildi
-
Ekologiya11:26Şahdağa qar yağdı - FAKTİKİ HAVA
-
İdman10:22Günün oyunları - AFİŞA




































