İdman
Səlimov boks üzrə dünya lideridir - “Baku Fires” klubunun üzvü
Ümumdünya Boks Seriyasında (WSB) yeni fərdi reytinq cədvəli açıqlanıb. 60 kq çəki dərəcəsində dünya və Avropa çempionu Albert Səlimov 4 görüşdən sonra 20 xalla 1-ci yeri tutur.
Publika.az xəbər verir ki, “Baku Fires” klubunun üzvü siyahıda kubalı Alvarez Estrada və rusiyalı Adlan Abdurraşidovu qabaqlayır.
Məhəmməd Qurbanov (56 kq) reytinqdə 2-cı sıradadır. 3 döyüşdən sonra 15 xal toplayan boksçumuz yalnız amerikalı Fransisko Martinezdən geri qalır.
Arslanbek Mahmudov (+91 kq) döyüşlərinin çoxunu nokautla başa vursa da, o, hələ 3-cü pillədədir. 19 xalı olan boksçumuz xorvatiyalı Filip Hrqoviç və britaniyalı Cozef Coyzdan geri qalır.
Milli komandamızın üzvü Pərviz Bağırov (69 kq) 15 xalla 4-cü yerdədir. Həmyerlimizi Rəcəb Butayev (Rusiya), Məhəmməd Rabii (Mərakeş) və Stever Donelli (İrlandiya) qabaqlayır.
91 kq çəki dərəcəsində çıxış edən Abdulqadir Abdullayev də hələ ki 4-cü sıradadır. Hesabında 15 xal olan boksçumuz İqor Yakubovski (Polşa), Vasili Levit (Qazaxıstan) və Erislandi Savondan (Kuba) bir görüş az keçirib.
Avropa çempionatının bürünc mükafatçısı Heybətulla Hacəliyev (64 kq) 15 xalla reytinqdə 4-cü yeri tutur. Bu çəkidə reytinq cədvəlinə kubalı Yasiner Toledo başçılıq edir. Meksikalı Raul Kuriel 2-ci, italiyalı Vinçenzo Mangiakapre isə 3-cü pillədədir.
Sultan Migitinov çəkisi 81 kq olan boksçuların mübarizəsində 5-ci yerdədir.
Azərbaycan boksçuları yalnız 49, 52 və 75 kq çəki dərəcələrində reytinqdə ilk beşliyə düşməyiblər.
Xatırladaq ki, mövsümün sonunda 49, 91 və +91 kq çəki dərəcələrində reytinqdə 1-ci olan boksçular, digər çəkilərdə isə 1-2-ci yeri tutan idmançılar Rio Olimpiadasına vəsiqə qazanacaqlar.
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi