Aleks 1000-ci dəfə!
Bizi izləyin

İdman

Aleks 1000-ci dəfə!

Aleks 1000-ci dəfə!

“Fənərbaxça”nın keçmiş futbolçusu, hazırda Braziliyanın “Koritiba” klubunda çıxış edən Aleks de Souza karyerasında daha bir uğura imza atmağa hazırlaşır.

Publika.az xəbər verir ki, 36 yaşlı futbolçu komandasının “Malucelli” ilə bu gün keçirəcəyi oyunda 1000-ci dəfə yaşıl meydanlara ayaq basmış olacaq.

Aleks klubun rəsmi saytına bununla bağlı açıqlama verib: "Karyeram üçün önəmli bir hadisədi. Ümid edirəm bu matçı qələbəylə bitirərik.

Qeyd edək ki, Aleks bir həftə öncə “Rio Branko” ilə matça 999 nömrəli formayla çıxmışdı. Bu dəfə isə onun 1000 nömrəli forma ilə meydanda olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm