İdman
Güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
24-29 mart aralığında Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək.
Publika.az xəbər verir ki, yığma komandalarımız çempionatda tam heyətlə iştirak edəcək. İlk dəfə keçiriləcək U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparacaq.
Çempionatda ilk olaraq sərbəst güləşçilər mübarizə aparacaq. Yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Polşaya Mircəlal Həsənzadə (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Murad Süleymanov (70 kq), Məhəmmədhacı Muxutov (74 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Əli Maqomedabirov (125 kq) yollanacaq.
Martın 26-27-də çempionatda qızlar mübarizəyə qoşulacaq. Böyük məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 7 güləşçimiz iştirak edəcək. Yarışda ölkəmizi Patimat Baqomedova (48 kq), Solmaz Həşimzadə (53 kq), Alyona Kolesnik (55 kq), Elmira Qəmbərova (63 kq), Elis Monolova (69 kq) və Səbirə Əliyeva (75 kq) təmsil edəcək.
Avropa çempionatının son iki günündə mübarizəyə yunan-Roma güləşçiləri qoşulacaq. Yığma komandanın böyük məşqçisi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında çempionatda Eldəniz Əzizli (59 kq), Rövşən Tağıyev (66 kq), Ceyhun Əliyev (71 kq), Fuad Əliyev (75 kq), Tural Daşdəmirov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nərəziani (130 kq) yarışacaq.
Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.
-
Sosial16:33Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım etdi
-
Nida Xəbər 15:15Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
-
Rəsmi xronika14:43İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - VİDEO
-
Maraq dünyası14:22Bu bürcün nümayəndələrinin bəxti gətirəcək - Lap az qaldı
-
Ekologiya13:26Sabaha olan hava - PROQNOZU
-
Dünya12:26Fransa və Türkiyə imza atdı - Yunanıstan təşvişə düşdü
-
Avropa11:38Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
-
Nida Xəbər 11:08Sabiq başçının maşınları “su qiymətinə” satılır - FOTO


















.jpg)

















.jpg)


