"Qəbələ" "təyyarəçilər"i darmadağın etdi
Bizi izləyin

İdman

"Qəbələ" "təyyarəçilər"i darmadağın etdi

Azərbaycan Premyer Liqasında 28-ci turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, AZAL "Qəbələ"ni qəbul edib. Son vaxtlar baxımlı oyun nümayiş etdirən qəbələlilər bu dəfə də qələbə qazanıblar 0:4.

Lider "Qarabağ" isə autsayder "Bakı"nı qəbul edib. Komandalar oyundan sülhlə ayrılıblar - 1:1.

"Simurq" isə doğma meydanda "Neftçi" ilə qarşılaşıb. 72-ci dəqiqədə azlıqda qalan bakılılar qarşılaşmanın 81-ci dəqiqəsində Nikolas Kanalesin qolu ilə sevinib.

"İnter" - "Xəzər Lənkəran" oyununda isə "bankirlər" 2 cavabsız qollara seviniblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm