İdman
“Atletiko”nun “Xocalı bilərziyi” erməniləri hirsləndirdi
"Atletiko"lu futbolçularının qara sarğıları erməniləri vahiməyə saldı. Madrid klubunun qarşılaşmaları Ermənistanda yayımlanmayacaq.
İspaniyanın "Atletiko" klubunun matçları Ermənistanda yayımlanmayacaq. “Qafqazinfo” Ans Press -ə istinadən xəbər verir ki, Ermənistan tərəfi "Atletiko"nun Xocalı soyqırımı ərəfəsində oyunlara qara sarğı ilə çıxması qərarından sonra bu addımı atıb. Ermənistanda "Atletiko" komandasının yayım hüququna malik olan ATV kanalı rəhbərliyi klubun matçlarını yayımlamamağı qərar verib.
Qeyd edək ki, Ermənistan ATV kanalı sabah baş tutacaq "Osasuna"-"Atletiko" matçını canlı yayımlamağı planlaşdırsa da fikrindən daşınıb.
Xatırladaq ki, "Atletiko" klubu futbolçuları Xocalı soyqırımının ildönümü ərəfəsində keçirəcəkləri matçlara qollarında qara sarğı ilə çıxmağa qərar veriblər. Başda Arda Turan olmaqla Xocalı soyqırımını pisləyən bir neçə futbolçunun videoçarxı isə klubun rəsmi saytına yerləşdiriləcək.
-
Ekologiya11:50
Bakıda tozlu hava şəraiti nə qədər davam edəcək?
-
Region11:45
Ermənistanın bu hissəsi su altında qaldı: ölən var
-
Hadisə10:30
Bakıda binada yanğın: sakinlər təxliyə edildi
-
Nida Xəbər 10:24
Ermənistan ordusu Qazaxla sərhəddən çəkilmir? – Bəyanat yaydılar
-
Sosial10:08
Qurban bayramında neçə gün qeyri-iş günü olacaq?
-
Magazin110:00
"Bu dəfə badalağı özün qoyursan ki, bir daha ayağa qalxmasın" - Cabbar Musayev
-
Region09:48
Xarkova RAKET HÜCUMU: 11 nəfər öldü, 40 nəfər yaralandı
-
Magazin208:48
Məşhur bəstəkar 95 yaşında vəfat etdi - FOTO