İdman
Olimpiya mükafatçımız hər kəsi təəssüfləndirdi
Moskvada baş tutan 10 m məsafəyə atəş açma üzrə Avropa çempionatı millimiz üçün tez başa çatıb.
Belə ki, yarışa 8 snayperlə qatılan güllə atıcılığı üzrə milli
komandamız turnirdə uğurlu nəticə qazana bilməyib.
Yalnız pnevmatik tapançadan atəş açma yarışlarında iştirak edən
komandamızın heyətində ən yaxşı nəticəni Ruslan
Lunyov göstərib.
Təmsilçimiz 579 xalla 9-cu yerdə qərarlaşıb. 576 xalla Rəsul Məmmədov isə 15-ci pillə ilə kifayətlənib. Millimizin ən təcrübəli üzvlərindən olan olimpiya mükafatçımız İradə Haşımova isə 374 xalla 31-ci yerdə qərarlaşıb.
Nərminə Səmədova və Urfan Axundov Çinin Nankin şəhərində keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına vəsiqə qazana bilməyib.
Axundov 550 xalla 52-ci olub. O, yeniyetmələrin yarışını isə 29-cu yerdə başa vurub. Ən aşağı yaş qrupunda yarışan Elvin Astanov da özünü doğrultmayıb – 43-cü yer (555xal).
Nərmin Abbaslı və Leyla Mirzəzadənin adları qeyri-müəyyən səbəblərdən yarışın protokolunda yer almayıb.
Məlumat üçün bildirək ki, çempionat bu gün başa çatır.
Aygün İlqarqızı
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri