"Apple" "ağıllı" güzgü istehsal edəcək
Bizi izləyin

İKT

"Apple" "ağıllı" güzgü istehsal edəcək

Yaxın gələcəkdə "Apple" korporasiyası "ağıllı" güzgü istehsal edəcək.

Publika.az xəbər verir ki, "iOS 10" əsasında yaradılmış ilk prototip artıq dizayner Rafael Daymek tərəfindən tərtib edilib.

ABŞ texnologiya şirkətinin əməkdaşı bildirib ki, tərtibatçılar bir neçə il müddətində smart-güzgü layihəsi ilə məşğul olublar. Bir müddət hətta mütəxəssislər layihənin təyinatını dəyişmək fikrində idilər. Son nəticə isə masa olmalı idi ki, bu ideya isə yararsızlığı baxımından dəstəklənməyib.

Cihaz sensor ekranlı tam funksiyalı güzgüyə bənzəyir. Sadəcə, onun üzərində tarix və saat, hava vidcetləri, müxtəlif əlavələr açmaq imkanı da mövcuddur. Eyni zamanda, 45 saniyə keçdikdən sonra isə cihaz toxunulmaz qaldıqda yenidən güzgüyə çevrilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm