“İPhone 8” modelinin kamerasında YENİLİK
Bizi izləyin

İKT

“İPhone 8” modelinin kamerasında YENİLİK

Məşhur proqramçı Qelerme Rembo yeni istehsal olunacaq "İPhone 8" modeli üçün yeni insan sifətini və obyektləri avtomatik şəkildə tanıyacaq "SmartCamera" funksiyasını kəşf edib.

Publika.az xəbər verir ki, ağıllı telefon obyekti aşkarladıqdan sonra şəkilin daha keyfiyyətli çəkilməsi üçün avtomatik olaraq parametrləri xüsusi olaraq tənzimləyir. Bundan əlavə hərəkətlə olan obyektləri daha dəqiq planda çəkmək üçün "freezeMotion" funksiyasından istifadə olunacaq.

İstehsala buraxılan digər "İPhone" modelləri obyektləri tanısa da, "iPhone 8" modelində kamera zəruri kadrları özü avtomatik şəkildə seçə biləcək.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm