Şimali Koreyadan daha böyük TƏHDİD
Bizi izləyin

İKT

Şimali Koreyadan daha böyük TƏHDİD

Dünyanın diqqətinin Koreya böhranı və III Dünya müharibəsi ehtimallarına yönəldiyi bir vaxtda "Tesla” şirkətinin CEO-su Elon Musk Şimali Koreyadan daha böyük təhlükənin adını çəkib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Elon Musk Tvitter hesabında Şimali Koreyanın süni zəka qarşısında daha kiçik bir təhdid olduğunu deyib.

“Süni zəka Şimali Koreyadan daha ciddi bir təhdiddir. Sonda maşınlar qazanacaq. Heç kim nəzarət edilməkdən xoşlanmaz, amma hər şey (avtomobillər, təyyarələr, yeməklər, dərmanlar...) insana nəzarət edən təhlükələrdir. Süni zəka da...”, - o yazıb.

Musk daha əvvəl bildirmişdi ki, küçələrə enərək insanları öldürməyə başlayana qədər robotların təhdid olduğu fərq edilməyəcək.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm