İKT
LG V30 artıq hazırdır
İnternetdə dizaynına görə "LG G6" smartfonunu xatırladan "LG V30" smartfon modelinin ilk real fotoşəkili yayılıb.
Publika.az ICTnews-a istinadən bildirir ki, ictimaiyyətə rəsmi təqdimatı avqustun 31-nə nəzərdə tutulan qurğunun yalnız ön hissəsinin fotoşəkili təqdim olunub.
İlkin məlumata görə, "LG V30" əsas ekranı tamamlamaqla "LG V" seriyasının başlıca xüsusiyyətini təşkil edən yardımçı displeylə təchiz edilməyəcək. Bunun əvəzinə isə smartfon tez-tez istifadə edilən funksiyalardan sürətlə yararlanmağa imkan verən və bütün ön paneli əhatə edən bir böyük ekrana malik olacaq.
"LG V30" modeli "Qualcomm Snapdragon 835" prosessoru, 4 və ya 6 giqabayt operativ və 32, 64 və 128 giqabayt tutumlu quraşdırılmış yaddaş ilə təchiz ediləcək. Arxa paneldə qoşa kamera və barmaq izi skaneri quraşdırılacaq. Həmçinin, ölçüsü 151,4 x 75,2 x 7,4 mm təşkil edəcək smartfon simsiz enerjidoldurmanı dəstəkləyəcək. Yeni qurğuda qabaqcıl "LG G6" modelində olduğu kimi, "FullVision" formatlı "POLED" ekranından istifadə olunub. Buna baxmayaraq ekran diaqonalı "LG G6" və "LG V20" smartfonlarının displeyindən böyük (6 düym) olacaq. Ekranın təsvir ölçüsü "LG G6"-da olduğu kimi, "Quad HD+" (1440 × 2880 piksel) təşkil edəcək.
Bildirilir ki, "HDR 10" və "Google Daydream" texnologiyalarını dəstəkləyəcək smartfon ilk dəfə olaraq f/1.6 aperturasına və şəffaflığı yaxşılaşdırılan "Crystal Clear Glass Lens" optik şüşəsinə malik kamera ilə təchiz ediləcək. Həmçinin korpusu alümindən ibarət olan və "Gorilla Glass 5" şüşəsi ilə təchiz edilən qurğu "IP68" standartı üzrə suya və toza davamlı olacaq.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR