İKT
Yeni kameralar gəlir - Sizi hər yerdə ÇƏKƏCƏK - - FOTO/VİDEO
"Ubiquiti Labs" şirkəti müasir texnologiyalara cavab verən, hər an istənilən yerə daşıya biləcəyiniz “ağıllı” kamera hazırlayıb.
Publika.az xəbər verir ki, şirkət hazırladığı layihəyə daşına bilən "ağıllı” kamera ("FrontRow") adını verib. Kameranı digərlərindən fərqləndirən ilkin cəhət onun iki kameralı olmasıdır. Onlardan biri cihazın arxa tərəfində, digəri isə ön tərəfində yerləşdirilib. Kameralar sensorla təchiz edilib və ölçüləri müvafiq olaraq 8 və 5 meqapikseldir.
Cihazın ekranı 2 düymlü dairəvi maye-kristal sensorla təchiz olunub. Hər iki kameranın video çəkmə potensialı 1080p təsvir ölçüsündədir. Bundan başqa, çəkilən fayl birbaşa, rahatlıqla sosial şəbəkələrə köçürülə bilir. Bütün bunları özündə birləşdirən “ağıllı” kameranın ölçüsü isə ovucun yarısı boydadır.
"FrontRow" kamerasının rahat istifadə üçün boyundan asılması üçün nəzərdə tutulan kəməri də var. Bu kamera istifadəçilərinə müəyyən obyekt görən zaman operativ şəkildə şəkil və video çəkməyə imkan yaradır.
Cihazı avtomobilinizdə də istifadə edə bilərsiz. Hazırda "FrontRow" kamerası üçün ilkin sifarişlər qəbul olunur. “Ağıllı” kameranın pərakəndə satış qiyməti 399 dolladır. Cihazın kütləvi şəkildə tədarükü 2018-ci ilin avqust ayına planlaşdırılır.
Könül Cəfərli
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu