Tvitter ÇÖKDÜ
Bizi izləyin

İKT

Tvitter ÇÖKDÜ

Dünyaca məşhur sosial şəbəkələrdən biri olan Tvitter çöküb.

Publika.az xəbər verir ki, minlərlə istifadəçisi olan paylaşım şəbəkəsinə 15 dəqiqə giriş etmək mümkün olmayıb. İzləyicilər bu barədə feysbuk şəbəkəsində statuslar paylaşıblar.

Mobil telefonlardan və kompüterlərdən şəbəkəyə giriş etmək olmur. Baş verən problemin səbəbi bəlli deyil.

Texniki problemlər bir neçə dəqiqə sonra aradan qalxsa da, şəbəkə rəhbərliyi tərəfindən mövcud problemin nədən qaynaqlandığı barəsində heç bir açıqlama verilməyib.

Qeyd edək ki, problemlərdən dolayı 15 dəqiqə müddətinə şəbəkəyə giriş etmək mümkün olmayıb, şəbəkədəki istifadəçilər isə hər hansı tvit, mesaj göndərib, şəkil yükləyə bilməyiblər.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm