İKT
Yeni dəri kəşf olundu: yaralar, çapıqlar və...
Amerikalı alimlər daha bir yeniliyə imza atıb. Belə ki, onlar mayedə həll olub yenidən bərpa olan dəri hazırlayıblar.
Publika.az xəbər verir ki, ölkənin Kolorado Universitetindən olan bir qrup mühəndis elastik elektron dəri hazırlayıb. Bu dəri zədələnərkən bərpa olmaq qabiliyyətinə malikdir. Dəri yenidən emal üçün xüsusi mayedə tamamilə həll olur.
Elektron dərinin forması nazik materialdan olub, insan dərisinin funksiya və mexaniki xüsusiyyətlərini imitasiya edə bilər. Məsələn, hazırda bu dəridən insan robotların üzərində istifadə edilir.
ABŞ-dan olan alimlər qeyd edir ki, elektron dərinin bərpasını
təmin edən əsas komponentlər təzyiq, temperatur, rütubət və hava
sərfiyatını ölçən altlıq ilə datçiklərin yaradılmasında istifadə
edilmiş polimin adlı materialdır. Bundan başqa, bu datçiklərdə,
həmçinin gümüş nanozərrəcikləri mövcuddur ki, bu da elektrik
ötürücülüyü və əlavə mexaniki möhkəmliyi təmin edir.
Elektron dərinin sensoru zədələndikdən sonra dərini bərpa etmək
üçün qırılma hissəsinə polimin materialı çəkib, bir az gözləmək
kifayətdir. Proses otaq temperaturunda "yara" təxminən 20-30 dəqiqə
ərzində tamamilə bərpa olur. Əgər dəri çox ciddi zədələnibsə, onda
onu xüsusi mayedə həll edirlər və daha sonra məhluldan yeni
elektron dəri nümunəsi hazırlayırlar.
Könül Cəfərli
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR