6 tonluq peyk fəzaya buraxıldı
Bizi izləyin

İKT

6 tonluq peyk fəzaya buraxıldı

İlon Maska məxsus olan "SpaceX" şirkəti 6 ton çəkidə peyki fəzaya buraxıb.

Publika.az xəbər verir ki, İspaniyanın "Hispasat 30W-6" rabitə peyki bu gün ABŞ-ın Kanaveral kosmodromundan "Falcon 9" raket daşıyıcısı vasitəsilə göndərilib.

Məlumatda qeyd olunub ki, bu gün buraxılan peyk əslində mart ayının 4-ə nəzərdə tutulmuşdu. Texniki nasazlıq səbəbindən uçuş təxirə salınmış və nəhayət bu gün fəzaya buraxılmışdır.

Xatırladaq ki, sözügedən "Hispasat 30W-6" rabitə peyki Şimali Afrika, Şimali və Cənubi Amerika, həmçinin Afrika ölkələrinə telekommunikasiya siqnalları ötürmək imkanına malikdir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm