İKT
Dronların istifadəsi üçün YENİ ŞƏRTLƏR
Latviyanın “Aerons” şirkəti 180 kiloqramadək ağırlığı qaldıran 28 mühərrik və 16 batareyaya malik pilotsuz uçan aparat hazırlayıb.
Publika.az xəbər verir ki, yeni konstruksiya
quruluşu drona daha çox funksiyaları yerinə yetirməyə imkan verir.
Mühəndislərin layihələndirməsinə görə, aparat hündürmərtəbəli
binalarda yanğınları söndürə, axtarış əməliyyatları həyata keçirə
və ya külək turbinləri kimi mürəkkəb quruluşa malik qurğuların
təmizlənməsində istifadə edilə bilər.
“Aerons” şirkəti 3 il əvvəl şəxsi vəsaitlər hesabına 3 təsisçi
tərəfindən yaradılıb. Yeni ixtira haqqında danışan şirkət rəhbəri
Yanis Putrams son 2 ay ərzində külək turbinləri sahibləri ilə aktiv
müzakirələr aparıldığını dilə gətirib:
“Biz ABŞ, Cənubi Amerika, İspaniya və Türkiyədən çoxsaylı
müraciətlər alırıq. Bu mövzuda dünya ölkələri də bizə öz
köməklərini təklif edirlər. Bundan başqa, biz Kanada, Skandinaviya
və bir sıra Avropa ölkələri ilə əlaqə qurmuşuq. Çünki qış iqlimində
külək turbinləri buz bağlayır və bu səbəbdən onların fəaliyyəti
dayanır. Bu, onlar üçün çox aktualdır”.
Hazırda mühəndislər yeni layihələr əsasında hazırlanan dronların
sınaq uçuşlarını gerçəkləşdirirlər. Şirkət indi üçün dronları
satışa çıxartmaq istəmədiyini deyib. Təmizlik xidmətləri təklif
edən servis yaratmağı planlaşdırırlar. Dronları birbaşa satmaq
deyil, kirayə xidməti ilə istifadə edəcəklər.
Gələcəkdə robotun konstruksiyasının və proqram təminatının
yaxşılaşdırılması nəzərdə tutulur.
Könül
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR