Telekanallar iki xarici brendin reklamını dayandırır
Bizi izləyin

İKT

Telekanallar iki xarici brendin reklamını dayandırır

Televiziya reklam bazarının strateji inkişafı, optimallaşdırılması, sabitləşdirilməsi və təkmilləşdirilməsi baxımından ATV, Xəzər və ARB telekanallarının birgə fəaliyyəti çərçivəsində əldə edilən növbəti ümumi razılığa əsasən, “Nestle” və “L’Oreal” brendlərinə daxil olan məhsulların reklamları 21 aprel tarixindən etibarən dayandırılır.

Publika.az-a daxil olan məlumata görə, birgə qərarın səbəbi - “ZenithOptimedia” reklam agentliyinin bu telekanallarının hər birində yayımlanmış reklamların ödənişini uzun müddət əsassız olaraq gecikdirməsidir.

Məsələ öz həllini tapana qədər qeyd edilən məhsulların reklamları bu üç yayımçının tele və radio kanallarında dayandırılır.

Bildirmək istəyirik ki, “Nestle” və “L’Oreal” brendlərinin ölkə televiziyalarında reklamları “ZenithOptimedia” reklam agentliyi vasitəsi ilə yerləşdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm