İKT
Azercell daha güclü şəbəkə ilə Formula 1 yarışlarına dəstək verir
Artıq üçüncü ildir ki, ölkəmizdə möhtəşəm "Formula-1" yarışları keçirilir.
Uzun illər ərzində ölkənin bütün ərazilərini yüksək keyfiyyətli
xidmət və kəsintisiz rabitə ilə təmin edən Azərbaycan rabitə
bazarının lider mobil operatoru Azercell Telekom da bu cür
irimiqyaslı tədbirə öz töhfəsini verməkdə davamçıdır. Bu il də
Azercell Telekom Forumula 1 oyunlarının keçiriləcəyi stadionlar və
digər əlaqədar ərazilərdə bütün müştəriləri üçün mobil rabitə
sistemini ən yüksək keyfiyyətdə təqdim edir. Belə ki, şirkət
tərəfindən Formula 1 tədbirlərinin keçirildiyi ərazilərdə 42-2G,
36-3G və 18 4G radio baza stansiyalarında gücləndirmə və tutum
artırılması işləri həyata keçirilib. Bundan əlavə, 21 baza
stansiyada 4-cü, 6 stansiyada 3-cü və 4-cü və daha 2 stansiyada
3-cü daşıyıcı tezlik əlavə edilib. Şirkət Crystal Hall və Formula1
ərazisində daha 3 baza stansiya quraşdırmış, Crystal Hall üçün
transmissiya tutumunu 1Gbps -dən 2Gbps-ə qədər artırıb. Ümumllikdə
Crystal Hall-da 2G, 3G və 4G şəbəkəsi üzərində çalışan 8 stansiya
hər kəsə yüksək sürətli rabitədən yararlanmağa imkan verir.
Azercell və onun tərəfdaşları Ericsson və Huawei şirkətinin peşəkar
mühəndisləri tərəfindən əhəmiyyətli şəbəkə gücləndirməsi işləri
görülüb. Onu da qeyd edək ki, Azercell Formula 1 ərazisinin şəbəkə
monitorinqi üçün xüsusi olaraq nəzarət xəritəsi də hazırlayıb.
Ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və ölkədə ən
böyük LTE şəbəkəsinə sahib olan Azercell Şirkət ölkəmizdə keçirilən
beynəlxalq yarışlarda hər zaman göstərdiyi yüksək keyfiyyətli
xidmət ilə seçilib və bu istiqamətdə fəaliyyətini davam
etdirəcək.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı