Dünyanın ƏN VARLILARI seçildi- SİYAHI
Bizi izləyin

İKT

Dünyanın ƏN VARLILARI seçildi- SİYAHI

“Bloomberg” agentliyi dünyanın ən varlı adamlarının növbəti reytinq cədvəlini yayımlayıb.

Publika.az xəbər verir ki, “Bloomberg Billionaires Index” (BBI) indeksində dünyanın ən varlı insanlar reytinqi sırasında ilk pillərləri "Amazon” şirkətinin rəhbəri Ceff Bezos, “Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts və “Facebook” şirkətinin yaradıcısı Mark Sukerberq tutub. Hər üç lider şəxsin İT biznesinin nümayəndələri olması reytinq cədvəli tarixində bir ilk olub.

Siyahıda birinci pillədə 142 milyard dollarlıq sərvətlə Ceff Bezos, ikinci yerdə 94,2 milyard dollarlıq sərvətlə Bill Qeyts, üçüncü pillədə isə Mark Zukerberq 81,6 milyard dollarlıq sərvətlə qərarlaşıb. Həmçinin liderlər onluğuna əvvəllər reytinqdə ikinci yer tutan ABŞ sahibkarı Uorren Baffet (81,2 milyard dollar) daxil olub.

Xatırladaq ki, indeks milyarderlərin paya malik olduqları şirkətlərin səhmlərinin dəyəri və maliyyə hesabatları əsasında hesablanır.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm