İKT
“Bakcell”in rəhbəri: 5 ildən sonra MMS və SMS ləğv oluna bilər
Gələcəkdə insanlar telefonla daha az danışacaq.
Publika.az xəbər verir ki, bunu “Bakcell” MMC-nin baş icraçı direktoru Nikolay Bekers Trend-ə müsahibəsində deyib.
N.Bekersin sözlərinə görə, mobil rabitə abunəçiləri səsli xidmətlərdən getdikcə az istifadə edir:
“Amma bu, o demək deyil ki, telekommunikasiya xidmətlərindən istifadə olunmayacaq. Bildiyiniz kimi, bu gün telefon portativ kompüter funksiyası daşıyır. İnsanlar daha çox müxtəlif messencerlərdən istifadə etməklə ünsiyyət yaradır”.
N.Bekers onu da əlavə edib ki, qısa mesajla bağlı bəzi telekommunikasiya xidmətləri aktuallığını da itirməkdədir:
“Bu gün abunəçilər SMS xidmətindən daha az istifadə edirlər. Bu tam normal prosesdir və texnoloji inkişafla bağlıdır. Bu gün istifadəçilər messencerlərdən, videoxidmətlərdən istifadə edir. Biz MMS xidmətindən dərhal imtina etməyəcəyik. Amma mənim proqnozlarıma əsasən, yaxın 5 ildə həm MMS, həm də SMS xidmətləri ləğv olunacaq”.
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO