İran, Rusiya və Banqladeşə qarşı ABŞ-dan nəhəng əməliyyat: Minlərlə insanın...
Bizi izləyin

İKT

İran, Rusiya və Banqladeşə qarşı ABŞ-dan nəhəng əməliyyat: Minlərlə insanın...

Mərkəzi ABŞ-da yerləşən “Twitter”, “Facebook” və “İnstagram” sosial media platformaları minlərlə istifadəçinin hesabını silib.

Publika.az xəbər verir ki, silinən hesablar İran, Rusiya, Vensuela və Banqladeş vətəndaşlarına aid olub.

Buna səbəb isə həmin şəxslərin sosial mediada yanlış bilgi yaymasıdır.

“Twitter”dən verilən açıqlamada hesabı silinən mindən çox şəxsin Venesuelada ölkə daxilindəki şəxsləri hədəf alan dövlət dəstəkli kampaniya həyata keçirdiyi bildirilib. İranda isə müxtəlif məqsədlərlə açılan 2167 hesab bağlanılıb.

Bu açıqlamadan qısa müddət sonra “Facebook” da iki platformada eyni əməliyyatı həyata keçirdiyini elan edib. Bu açıqlamada İranla bağlı saxta fəaliyyət göstərən 783 səhifə, qrup və şəxsi hesab silindiyi qeyd edilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm