"Nar" 2018-ci ilin yekunları ilə bağlı hesabatını açıqladı
Bizi izləyin

İKT

"Nar" 2018-ci ilin yekunları ilə bağlı hesabatını açıqladı

Azərbaycanın ən gənc mobil operatoru "Nar" 12 il ərzində əldə etdiyi nailiyyətlər və 2018-ci ilin yekunları ilə bağlı hesabatını açıqlayıb.

Publika.az xəbər verir ki, media nümayəndələrinik iştirakı ilə keçirilmiş mətbuat konfransında çıxış edən "Azerfon"-un baş icraçı direktoru Qunnar Panke qonaqlara şirkətin uğurları, iş prinsipləri və gələcək perspektivləri haqqında məlumat verib.

Q. Panke qeyd edib ki, "Nar"ın bir nömrəli məqsədi ölkə üzrə ən yaxşı şəbəkənin qurulması, yüksək keyfiyyətli müştəri xidməti, müştəri loyallığı üzrə ən böyük artım və şəffaflığın təmin olunmasıdır:

"Nar" olaraq əsas hədəfimiz paytaxtla yanaşı, regionlarda da şəbəkəmizi xaha da gücləndirməkdir. Bu il 700-dən artıq 4G baza stansiyası quraşdırmağı hədəfləmişik. 2018-ci ildə abunəçilərimizin tələbinə uyğun məhsullar təklif etməklə bazarda payımızı 22 faizə çatdırmışıq. Bütün bu parametrlər üzrə 2018-ci ildə müştəri məmnumiyyətini də xeyli artırmışıq. Statistik rəqəmlər göstərir ki, bizim abunə sayımız 2,2 milyona çatıb. Bu il ərzində 13 faiz artım deməkdir ki, "Nar" bu gün bu nəticə ilə bazarda ən böyük artım göstərən şirkətdir.
4G servisi isə 500 min nəfərə xidmət edir. Müştərilərimiz bizi sevir. "Nar"a güvəndiyiniz üçün təşəkkür edirik".

Daha sonra şirkətin kommersiya direktoru Qəhrəman Kazımov 2018-ci ilin statistik göstəriciləri barədə geniş informasiya verib və "Nar"ın müxtəlif yeniliklərindən danışıb:

"Baza stansiyalarının sayını sürətlə artıran və hazırda ölkədə ən geniş şəbəkələrindən birinə malik olan "Nar" 2018-ci ildə 170 3G, 800-dən çox 4G baza stansiyası quraşdırıb. Bununla da 2018-ci il üçün planlaşdırılan 3G baza stansiyalarının sayı 2600-ü kecib, 4G baza stansiyalarının sayı isə 1700-ə çatıb. "Nar" 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində 4G internetinin trafik həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 68% artıb. Mobil operatorun 4G istifadəçilərinin sayı 150% artaraq 500 min nəfəri keçib.

2018-ci ildə "Nar" satış üzrə yüksək nailiyyət əldə edib. 2017-ci il ilə müqayisədə satış üzrə 17 faiz artım müşahidə olunub. Pərakəndə satışda səyyar satış komandasının yaradılması ilə ucqar kənd və ərazilərdə 171 faiz artıma nail olub.

Bundan başqa, "Nar"ın müştərilərə göstərdiyi xidmət sayəsində müştəri loyallığı indeksi üzrə 45 faiz artım qeydə alınıb. Abunəçilərin fikrinə əsasən, "Nar" mobil internet sahəsində liderdir.

2018-ci ildə şirkətin təqdim etdiyi məhsullar - "Nar Tv", "Nar MiFi", "Nar WiFi" ilə abunəcilər innovativ xidmətlərdən yararlanmaqla yanaşı, sərfəli qiymətə yüksəksürətli internetə çıxış əldə edib, xaricə səyahətə çıxan abunəçilər üçün yeni sərfəli rominq paketləri təqdim edib. Bundan başqa, abunəçilər mobil operatorun təqdim etdiyi "Full" paketlər sayəsində ay ərzində toplanan bonusları növbəti aya keçirir və qalıq bonusların dəyişdirilməsi funksiyası - "Çevir" xidmətindən yararlana bilirlər".

Konfransın sonunda şirkətin səlahiyyətli nümayəndələri qonaqları maraqlandıran sualları cavablandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm