Dünya nəhəngi Avropa İttifaqına 1,49 milyard cərimə ödəyəcək
Bizi izləyin

İKT

Dünya nəhəngi Avropa İttifaqına 1,49 milyard cərimə ödəyəcək

Avropa İttifaqı “Google” şirkətinə külli miqdarda cərimə kəsib.

Publika.az xəbər verir ki, şirkət “AdSense” reklam xidmətində bazardakı hakimiyyətindən sui-istifadə etdiyi üçün ona 1,49 milyard avro cəza verilib.

Belə ki, “Google” rəqiblərinin reklamlarının yayımlanmaması üçün müxtəlif müqavilələr imzalayıb. Bu isə Avropa İttifaqının qaydalarına görə, qeyri-qanuni sayılır.

Sözügedən məbləğ Avropa İttifaqı tərəfindən “Google”a verilən ən böyük üçüncü cəzadır. Bundan əvvəl təşkilat ötən il 4,3 milyard dollar, ondan bir il öncə isə 2,4 milyard avro cəza tətbiq etmişdi. Həmin cəzalar da eyni səbəbdən verilmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm