İKT
Azercell Eksklüziv indi Goranboyda
Abunəçilərinə ən qabaqçıl müştəri təcrübəsi yaşatmağı hədəfləyən ölkənin telekommunikasiya bazarının lideri “Azercell Telekom” MMC yeni konsepsiyalı Eksklüziv mağazalarını ölkə boyu genişləndirməyə davam edir. Bu dəfə Azercell Goranboy şəhəri, Heydər Əliyev prospekti 10 ünvanında yerləşən yeni Eksklüziv mağazasını abunəçilərinin istifadəsinə təqdim edib. Bu münasibətlə əlaqədar şirkət yeni mağazanın müştərilərini xüsusi kampaniya ilə sevindirir. Belə ki, avqust ayının 27-dən etibarən 7 gün ərzində, Goranboy Eksklüziv mağazasından smartfon alan hər kəs 150 AZN-dək hədiyyə balansı əldə edəcək.
Azercell-in yeni Eksklüziv mağazası ən müasir avadanlıqla təchiz olunaraq, Nordik konsepsiyasına uyğun şəkildə təşkil edilib. Bu mağazalarda abunəçilər ən son texnoloji yenilikləri dəstəkləyən məhsulları sınaqdan keçirə və müqayisə edə bilərlər. Peşəkar satıcılar müştərilərə düzgün seçim etmək, xidmətləri aktivləşdirmək və digər məsələlərdə yardım edir. Həmçinin mağazada mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuralar, cihazlar, kredit və ya nağd şəkildə mobil telefonlar əldə etmək mümkündür.
Goranboy Eksklüziv mağazası, Bazar ertəsi – Şənbə 09:00 – 20:00 (fasiləsiz), Bazar günü 09:00 – 19:00 (fasiləsiz) abunəçilərə xidmət göstərir. Beləliklə, ölkə boyunca artıq 23 Azercell Eksklüziv mağazası fəaliyyət göstərir.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu