İKT
“Azercell” beynəlxalq səviyyədə “İlin şirkəti” seçildi
Yeni brend kimliyi ilə ölkənin telekommunikasiya sektorunun lideri Azercell Telekom MMC Azərbaycanda qazandığı uğurları dünyaya daşıyaraq və ölkəmizi beynəlxalq arenada uğurla təmsil edərək nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə şirkət arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb. Şirkət bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib. Azercell eyni zamanda “İlin ən innovativ şirkəti” və “Ən dəyərli korporativ məsuliyyətli şirkət” nominasiyaları üzrə Bürünc mükafata da layiq görülüb.
Publika.az xəbər verir ki, "Azercell"in rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqi istiqamətində gördüyü işlər, korporativ sosial məsuliyyət sahəsində fəaliyyəti müstəqil beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən yüksək dəyərləndirilib. Münsiflər "Azercell"in həm ölkədə, həm də Cənubi Qafqazda yeni nəsil texnologiyaları ilk tətbiq etməsi, ən son innovativ həlləri yerli bazara gətirməsi və eyni zamanda yüksək sosial məsuliyyətli siyasət həyata keçirməsini xüsusi vurğulayaraq, Azərbaycanın aparıcı operatorunu “regionun ən uğurlu şirkəti”, “dünya səviyyəli qurum”, “qalib brend” kimi xarakterizə ediblər.
Qeyd edək ki, müxtəlif illərdə Google, Microsoft Corporation, Türk Telecom, Vodafon Türkiyə, Etisalat, Dell Technologies, Mayersk Company, HP Inc., UNESCO ICHCAP, IBM və s. bu kimi nüfüzlu şirkətlər bu beynəlxalq müsabiqədə iştirak edib qalib seçilənlər sırasındadır.
"STEVIE” İnternational Business Awards biznesin bütün aspektlərini əhatə edən, müxtəlif sahələrdə çalışan şirkətlərin uğurunu qiymətləndirən və onları bütün dünyaya tanıdan bir mükafatdır. Bu il “STEVIE” mükafatı dekabrda Parisdə təşkil olunacaq mərasimdə qaliblərə təqdim olunacaq.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər