İKT
"Azercell"dən hərbi jurnalistlərə rabitə dəstəyi
Vətənimizin taleyində həlledici olan bu gərgin zamanlarda da ölkənin əsas rabitə təminatçısı "Azercell" Telekom vətəndaşlarımıza dəstək göstərməkdə davam edir.
Mobil operator torpaqlarımızın işğaldan azad olunması naminə çalışan ordunu təbliğ edərək, insanlarda döyüş əzmi və qələbə ruhunu artıran, həm də dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin çatdırılması vəzifəsini layiqincə yerinə yetirən media təmsilçilərinin gərgin əməyinə öz töhfəsini əsirgəməyib. Azercell hazırda cəbhə bölgələrinə ezam olunmuş bütün jurnalist və çəkiliş qrupları üzvlərinin balansına 100 azn köçürüb.
Beləliklə, "Azercell" informasiya müharibəsinin sarsılmaz döyüşçüləri olan media nümayəndələrimizə qaynar döyüş bölgələrindən operativ şəkildə həm bütün Azərbaycan xalqına, həm də dünya içtimaiyyətinə dəqiq xəbərlər ötürməsinə öz dəstəyini göstərmiş olur. Söz və qələm döyüşçülərimizdən Qələbə xəbərini gözləyirik!
Xatırladaq ki, Milli Ordumuza ianə məqsədilə Azercell Telekom Silahlı Qüvvələrə Yardım Fonduna artıq 1 milyon manat həcmində vəsait köçürüb. Eyni zamanda, vətənimizə və ordumuza həmrəylik ifadəsi olaraq Azercell Telekom-un baş qərargahı Tibilisi prospektində yerləşən Azercell Plazanın üzərində üçrəngli bayrağımız asılmışdır.
"Azercell" Milli Ordumuzun zəfəri naminə bu saatlarda ön cəbhədə döyüşən öz əməkdaşları da daxil olmaqla, bütün Azərbaycan oğullarına əzmkarlıq, ruh yüksəkliyi və can sağlığı arzu edir!
Qarabağ Azərbaycandır!
-
Nida Xəbər 11:15
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?