• USD 1,7000 0,00% EUR 2,0554 -0,54%
    • GBP 2,3236 -0,44% RUB 0,0224 -1,34%

Smartfonu 10 haldan 9-da səbəbsiz yerə ƏLİMİZƏ ALIRIQ

  • İKT
  • 28 Noyabr 2020 08:49
Smartfonu 10 haldan 9-da səbəbsiz yerə ƏLİMİZƏ ALIRIQ

İngiltərəli araşdırmaçılar müəyyənləşdiriblər ki, smartfonla olan təmasların 89 %-nin təşəbbüskarları onların istifadəçiləridir. Bu nəticələr cihazların insanların dincliyini pozduğu fikrini də təkzib edir.

Publika.az xəbər verir ki, bu barədə məqalə “Comters in Human Behavior” dərgisində dərc olunub.

Bununla əlaqədar keçirilən təcrübədə iştirak edən 37 könüllünün orta yaşı 25, əksəriyyəti isə kişi olub. İştirakçılar 3 gün dalbadal paltarlarında kiçik kamera daşımalı və bütün hərəkətlərini qeydə almalı idilər. Çəkiliş sutkada təxminən 5 saat çəkib. Cəmi 200 saatlıq video əldə olunub. Onlarda telefonda 1 130 təmas mövcud olub.

Qeyd olunub ki, istifadəçilər smartfonu hər dəfə ələ alarkən ondan ortalama 64 saniyə istifadə ediblər, bütün halların yarısında bu, 23 saniyə və ya daha az çəkib. Bir çox hallarda könüllülər votsapa daxil olub (təmasların 22 %-i), bildirişləri yoxlayıb və kilid ekranında saata baxıb (17 %), instaqram (16 %) və feysbukda (13 %) oturub. İştirakçılar təmasların yalnız 1 %-də telefona zəng vurmaq üçün əl atıblar.

Eksperiment zamanı məlum olub ki, e-poçt bildirişləri istifadəçilər üçün ən vacibi olub. Qrup çatlarından gələnlər isə, demək olar, həmişə gözardı edilib. Həmçinin bildirilib ki, könüllülər evdə olarkən smartfonu cəmiyyət içərisində və ya işdə olandan daha çox istifadə edirlər.

Bununla belə, qeyd olunub ki, araşdırma zamanı tədqiqatçıların əngəli də olub. Belə ki, iştirakçılar istədiyi zaman kameranı söndürə və ya şəxsi həyatın gizliliyini saxlamaq üçün videonun istədiyi qismini silmək haqqına malik olublar. Beləliklə, smartfonla təmaslarının neçəsinin kadrarxası qalması məlum deyil.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR