İKT
“Nar”ın Baş icraçı direktoru: Üstün xidmət müştərilər qarşısında əsas vədimiz və öhdəliyimizdir
“Nar”ın əsas hədəfi Azərbaycanın müştəriyönümlü mobil operatoru olmaqdır. Üstün xidmət müştərilər qarşısında əsas vədimiz və öhdəliyimizdir”.
Bunu “Azerfon” MMC-nin Baş icraçı direktoru Qunnar Panke Trend İnformasiya Agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, mobil operatorun məqsədi müştərilər üçün həm sərfəli, həm də keyfiyyətli xidmət təqdim etməkdir. Bunun üçün mobil operator xidmət və satış mərkəzlərini yeniləməklə tamamilə yeni müştəri xidməti təcrübəsi və abunəçilərin real ehtiyaclarını qarşılayan məhsullar təqdim edir.
Q.Panke qeyd edib ki, ardıcıl olaraq 2 il “Nar”ın müştəri məmnuniyyəti indeksi üzrə lider olması da təsdiqləyir ki, abunəçilər mobil operatorun təkliflərini qiymətləndirir və ona güvənirlər: “Müştəriyönümlülük konsepsiyası bizi bütün prioritetlərimizə doğru istiqamətləndirir, xüsusilə təkliflərimizi hazırlamaqda, müştərilərimiz ilə qarşılıqlı münasibət qurmaqda bizi müşayiət edir. Müştəri ehtiyaclarını ən yaxşı anlayan mobil operator kimi bazarda lider mövqeyimizi qorumağa çalışırıq”.
“Nar”ın bütün ölkə ərazisində LTE/LTE-A texnologiyalı baza stansiyalarının sayını artırması nəticəsində 2021-ci ilin birinci rübü ərzində 4G istifadəçilərinin sayı 32% artıb. Q.Panke əlavə edib ki, işğaldan azad edilmiş əraziləri müasir və dayanıqlı şəbəkə ilə təmin etmək mobil operatorun prioritetlərindən biridir. Artıq Şuşa, Cəbrayıl, Hadrut qəsəbəsi də daxil olmaqla Xocavənd keyfiyyətli və kəsintisiz mobil şəbəkə ilə əhatə olunub. Mobil operatorun gələcək planları və hədəfləri barədə ətraflı danışan “Azerfon”un Baş İcraçı direktoru Q.Pankenin Trend İnformasiya Agentliyinə geniş müsahibəsini aşağıdakı keçiddən oxumaq olar: https://az.trend.az/business/economy/3454487.html
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu