İKT
Təhlükə yaxınlaşır: Bu peşə sahibləri işsiz qalacaqlar
"Goldman Sachs" investisiya bankı hesablayıb ki, generativ süni intellektin yayılması iri iqtisadiyyatlarda görülən işlərin beşdə birinin və ya 300 milyon iş yerinin avtomatlaşdırılmasına gətirib çıxara bilər.
Publika.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Tədqiqat insan əməyini təqlid edən məzmun yarada bilən ChatGPT kimi "generativ" süni intellekt sistemlərinin təsirinə yönəlib. Bu cür sistemlərin daha geniş tətbiqi məhsuldarlıq bumuna səbəb ola bilər ki, nəticədə 10 il ərzində illik qlobal ÜDM-i 7% artıracaq.
Eyni zamanda, texnologiya əsas iqtisadiyyatlarda 300 milyon tam ştatlı işçinin ekvivalentini avtomatlaşdıraraq, əmək bazarına əhəmiyyətli pozuntular gətirəcək. İşsiz qalma riski ilə ən çox üzləşənlər hüquqşünaslar və inzibati heyət olacaq.
Tədqiqatçılar hesablayıblar ki, ABŞ və Avropada iş yerlərinin təxminən üçdə ikisi süni intellektin köməyi ilə müəyyən dərəcədə avtomatlaşdırılmaya məruz qalır.
Tədqiqat göstərir ki, süni intellekt kiçik bizneslər üçün vergi bəyannamələrinin təqdim edilməsi, mürəkkəb sığorta iddialarının qiymətləndirilməsi və ya hadisə yerində araşdırmanın nəticələrinin sənədləşdirilməsi kimi vəzifələri yerinə yetirmək qabiliyyətinə malikdir.
Ayşən Rəhim
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov


















.jpg)
.jpg)


















