İKT
“WhatsApp”dan MÖHTƏŞƏM YENİLİK: süni intellektdən xahiş edə bilərsiniz ki...
Məşhur “WhatsApp” messenceri süni intellektdən istifadə etməklə istifadəçilərə fotoları redaktə etməyə və onlar haqqında məlumat əldə etməyə imkan verən yeni funksiyanı sınaqdan keçirməyə başlayıb.
Publika.az "WABetaInfo"ya istinadla xəbər verir ki, yeni funksiya "WhatsApp"ın Android üçün "2.24.14.20" quruluş nömrəsi ilə beta versiyasında aşkar edilib.
Bu funksiya ilə istifadəçilər şəkilləri təhlil edəcək və şəkillərlə bağlı əlavə suallara cavab verən "Meta"nın süni intellekti ilə söhbətə fotoşəkillər yükləyə biləcəklər. Məsələn, süni intellektdən fotoşəkildəki obyektləri müəyyən etməyi və ya onun mənasını izah etməyi xahiş edə bilərsiniz. Bundan əlavə, süni intellekt çata daxil edilmiş mətn sorğuları əsasında şəkilləri tez redaktə edə biləcək.
"WhatsApp" istifadəçi məxfiliyini təmin etmək üçün yüklənmiş şəkilləri istənilən vaxt silmək imkanı təqdim edib.
"Meta"nın həmçinin istifadəçilərə öz şəkillərini müxtəlif fon və üslublarda yaratmağa imkan verəcək süni intellektlə işləyən avatar generatoru hazırlayacağı bildirilir.
Bütün istifadəçilər üçün məhdudiyyətsiz funksiyanın tam işə salınma vaxtı hələ açıqlanmayıb.
Hüseyn İbadlı
-
Hadisə22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Dünya21:3929 ölkə İrana qarşı birləşdi - Birgə bəyanat
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
















.jpg)


















