Ekopublika.az
Daha bir bank bağlandı
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin
10 iyul 2015-ci il tarixli, 27 nömrəli qərarı ilə məcmu kapitalın
minimal məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında
öhdəliklərini icra edə bilmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi
yazılı göstərişlərini yerinə yetirmədiyinə görə “Azərbaycan Kredit
Bankı” ASC-nin bank lisenziyası ləğv edilib.
Mərkəzi Bankdan Publika.az-a verilən məlumata
görə, bank lisenziyasının ləğvi barədə qərar 16 iyul 2015-ci il
tarixində qüvvəyə minəcəkdir.
Məlumat verildiyi kimi, 13 iyul 2015-ci il tarixindən Azərbaycan
Respublikası Mərkəzi Bankı tərəfindən “Azərbaycan Kredit Bankı”
ASC-yə təyin olunmuş müvəqqəti inzibatçı bankda idarəetməni həyata
keçirir.
Azərbaycan Respublikası Mərkəzi Bankı bir daha bildirirki,
“Azərbaycan Kredit Bankı”nda əhalinin əmanətləri üçün heç bir
təhlükə yoxdur və onların tam məbləğdə qaytarılması üçün bankda
yetərli likvid vəsaitlər mövcuddur.
Hazırda bankda əhalinin əmanətlərinin geri qaytarılması prosesi gedir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 10.07.2015-ci il tarixli iclasında “Azərbaycan Kredit Bankı” ASC-yə isə müvvəqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul edilib.
“Azərbaycan Kredit Bankı” ASC-nin fəaliyyətində ciddi nöqsan və çatışmazlıqlar mövcuddur, bank qeyri-prudensial idarə olunur və Azərbaycan Respublikası Mərkəzi Bankının məcburi göstərişlərini icra etmir. Bankın kapitalı Mərkəzi Bankın minimum kapital tələblərindən aşağıdır. “Azərbaycan Kredit Bankı” ASC-nin fəaliyyəti məhdudlaşdırılıb. Bankda əhalinin əmanətlərinin həcmi kiçikdir və onların tam icrası üçün bankda yetərli likvid vəsaitlər mövcuddur.
Mərkəzi Bankın bu tədbirləri bank sektorunda risklərin azaldılmasına, etimadın qorunmasına və bu yolla maliyyə vasitəçiliyinin genişləndirilməsinə və dəyərinin azalmasına yönəlib.
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO