Ekopublika.az
Nazir müavini Yaponiya televiziyasına müsahibə verib
Azərbaycan Respublikası energetika nazirinin müavini Natiq Abbasov Yaponiyanın MBS televiziyasının “Real Sekai-kun” adlı proqramı üçün müsahibə verib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, Azərbaycanın iqtisadi inkişafı, mədəniyyəti, adət-ənənələri və tarixi yerləri haqqında silsilə xarakterli reportajlar verməyi nəzərdə tutan bu proqramın xüsusi bir buraxılışı enerji mövzusuna həsr edilib. Azərbaycanın neft-qaz ölkəsi kimi tanınmasını şərtləndirən amillər, zəngin enerji resurslarının növbəti 100 il üçün yetərli olması, həyata keçirilən enerji layihələri , ölkə iqtisadiyyatının neft-qazdan asılılığının azaldılması istiqamətində görülən tədbirlərlə bağlı suallar cavablandırılıb.
Bildirilib ki, Azərbaycan iqtisadiyyatı şaxələndirmək, neft amilindən asılılığı daha da azaltmaq kursunu seçsə də, “Cənub Qaz Dəhlizi” kimi layihələrlə Avropanın enerji təhlükəsizliyinin təminatçısı statusu onu hələ uzun müddət enerji ölkəsi kimi dünyaya tanıtdıracaq. 1959-cu ildən fəaliyyətə başlayan MBS televiziyası Yaponiya əhalisinin 17 %-ni təşkil edən (22 milyon nəfər) Kansai regionunun ən geniş yayım sahəsini əhatə edir.
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"