Ekopublika.az
Avro-dollar qarşıdurması: yaşıl valyuta qırmızı xətti keçir
ABŞ Mərkəzi Bankı (FED) faiz artımına getməyi planlaşdırarkən, Avropa Mərkəzi Bankının (AMB) inflyasiyanı canlandırmaq üçün əlavə stimula gedəcəyinə dair artan gözləntilərlə dollar avro qarşısında 7 ayın ən yüksək səviyyəsinə çıxıb.
Publika.az “marja”ya istinadən bildirilir ki,
gözləniləndən yaxşı gələn dayanıqlı mal sifarişləri və yeni mənzil
satışları göstəriciləri ABŞ valyutasına dəyər qazandırıb. Güclü
göstəricilər FED-in dekabr ayındakı toplantıda 2006-dan bəri ilk
dəfə faiz artımı üçün zəmin hazırlayır. Faizlərin artırılması
dolların daha da bahalaşması demək olacaqdır.
Yüksək faiz ABŞ valyutasını 19 ölkənin ortaq pul vahidi və avroya
qarşı daha cazibədar hala gətirir.
Avropa Mərkəzi Bankının (AMB) prezidenti Mario Draghi aşağı inflyasiyayla mücadilə etmək üçün lazım olanın ediləcəyini bildirmişdi. AMB-nin əlavə təşviqi və atacağı addımlar dövriyyəyə əlavə avronun daxil olmasına gətirib çıxaracaq. Bu səbəbdən də avro ucuzlaşır.
Dollar avro qarşısında 1,0556 səviyyəsinə enərək 16 martda test
edilən 1,0458 səviyyəsinə yaxınlaşıb. Bakı vaxtı ilə saat 7.00-da
avro/dollar məzənnəsi 1,0618 dollar səviyyəsində olub.
Dollar yen qarşısında da 0,2% dəyər qazanıb və 122,72 yen olub.
Avropa Mərkəzi Bankının vitse-prezidenti Vitor Constansio
“Bloomberg International”a inflyasiyanın çox aşağı olduğunu və
AMB-nin qiymət sabitliyini təmin etmək istədiyini bildirib.
Müddətli müqavilə məlumatlarına görə, FED-in dekabr toplantısında
faiz artımına getmə ehtimalı 74%-ə çıxıb.
İqtisadiyyat şöbəsi
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO