Neft 50 dollar ola bilər - PROQNOZ
Bizi izləyin

Ekopublika.az

Neft 50 dollar ola bilər - PROQNOZ

Ötən həftəki bahalaşmadan sonra neftin qiymətinin ucuzlaşması birjalarda gərginliyi artırsa da, proqnozlar müsbətə doğru dəyişməkdədir. Belə ki, analitiklər neft qiymətinin 2016-cı ilin sonuna qədər qalxacağını gözləyirlər.

Publika.az “Bloomberg”-ə istinadən xəbər verir ki, neftin bareli dördüncü rübdə 46 dollara çata bilər. Brent markalı neft isə 48 dollara qalxa bilər. “Goldman Sachs Group Inc”-ə görə, neftin 12 ilin ən aşağı səviyyəsinə enməsinə səbəb olan qlobal təklif artıqlığı ABŞ-da şist nefti istehsalındakı azalması ilə paralel aşağı düşəcək.

ABŞ Enerji İnformasiya İdarəsinə görə, ABŞ-da istehsal dördüncü rübdə, ilk rüblə müqayisədə gündəlik 620,000 barel və ya 7 faiz ətrafında düşəcək. Digər tərəfdən, Beynəlxalq Enerji Agentliyi bildirir ki, OPEC çıxmaq şərti ilə ümumi istehsal bu il gündəlik 600,000 barel geriləyəcək. Belə vəziyyət qiymətlərdə sıçrayışa səbəb ola bilər.

Qərbi Texas nefti (WTI) və Brent neftinin qiyməti 2003-cü ildən bu yana ən aşağı səviyyəsinə düşüb. Hazırda WTI neftinin barelinin qiyməti 29.88 dollardır və ehtimal edilən qiymət olan 46 dollara çatması üçün 54% dəyər qazanması lazımdır. Brent nefti isə 32.72 dollardır və 48 dolları görməsi üçün 47% dəyər qazanması lazımdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm