Avropa Birliyi ABŞ-ı DİZ ÇÖKDÜRÜR
Bizi izləyin

Ekopublika.az

Avropa Birliyi ABŞ-ı DİZ ÇÖKDÜRÜR

Avropa Birliyinin milyard dollarlıq vergi cəzası tətbiq etdiyi ABŞ şirkətlərinin bazar dəyəri davamlı olaraq artır. Mütəxəssislər bazarların birliyin vergi cəzalarını ciddi qəbul etmədiyini irəli sürür.

Publika.az xəbər verir ki, AB Komissiyası vergi ödəmələri məsələsində ABŞ şirkətlərinin yaxasını buraxmaq niyyətində deyil. AB-nin rəqabət komissarı Margreze Vestager bildirib ki, “Apple” və “McDonald's”dan başqa vergi ödənişlərində problem olan çoxlu sayda ABŞ şirkətləri var. Şərhdə xüsusilə “Amazon”nun adının vurğulanması diqqətlərin bu şirkətə yönəlməsinə səbəb olub. Şirkət bütün dünyada olduğu kimi Avropada da bazarını genişləndirir.

“Amazon” bunun üçün son 6 ildə yalnız Avropaya 16.7 milyard dollarlıq sərmayə yatırıb. Şirkətin illik qazancının 15 milyard dollar olması AB Komissiyasını hərəkətə gətirib. AB səlahiyyətliləri nəhəng gəlirlərin fonunda ödənilən vergilərin son dərəcədə aşağı olduğunu irəli sürürlər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm