Ekopublika.az
Hökümət ipoteka şərtlərini sadələşdirir
Azərbaycan höküməti ipoteka şərtlərinin yumşaltmağa
çalışır. Bu məqsədlə “İpoteka haqqında” qanuna dəyişikliklər
təklifi Milli Məclisə təqdim ediləcək.
Sahibkarlar Konfederasiyası və həmkarlar ittifaqları ilə birgə
imzalanan baş kollektiv sazişə əsasən, 3 tərəfin iştirakı ilə
komissiya yaradılacaq. Bununla bağlı təkliflər hazırlanaraq
parlamentə təqdim olunacaq. Sənəddə ilkin ödənişin vətəndaşlar üçün
çətinliklər törətdiyini nəzərə alaraq onun ləğv olunması təklif
olunur.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının baş mütəxəssisi
Arif İbrahimov deyir ki, "10-15 min manat ödəniş edəsən ki, 50
minlik ev alasan, amma indi əmlak bazarına baxanda 50 minlik ev
almaq çətindir. İpoteka məbləği bazara uyğun göstərilsin”.
Sazişə əsasən, ipoteka krediti üçün ayrılan vəsaitin yuxarı həddi
50 mindən 70-80 min AZN-ə qədər artırılmalıdır.
Hazırki şərtlərə görə, adi ipotekanın verilməsinin maksimum həddi
50 min AZN təşkil edir və səkkiz faiz dərəcəsilə 25 il müddətinə
verilir. Sosial ipoteka da maksimum 50 min AZN olmaqla dörd faizlə
30 illiyə verilir. Güzəştli kreditlər üçün ilkin ödəniş 15, adi
kreditlər üçün 20 faizdir. (anspress)
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi