Ekopublika.az
Azərbaycandan Gürcüstana 82 milyonluq investisiya
2013-cü ildə Gürcüstana birbaşa yatırılan xarici investisiyaların həcmi ötən illə müqayisədə 3,3% artaraq 941.9 mln ABŞ dolları təşkil edib.
Bu barədə Gürcüstan Statistika İdarəsi məlumat verib. Məlumatda bildirilib ki, ən çox investisiya energetika sektoruna yatırılıb. Keçən il bu sektora yatırım 244,7 mln dollar olub. Bu rəqəm 2012-ci illə müqayisədə 36,5 % çoxdur. Bu sektordan başqa maliyyə sektoruna, nəqliyyat və rabitə, emal sənayesi, tikinti, mədən, əmlak, kənd təsərrüfatı və səhiyyə sektoruna yüksək məbləğdə birbaşa investisiya yatırılıb.
Publika.az xəbər verir ki, Gürcüstan Statistika İdarəsinin məlumatında Azərbaycanın Gürcüstana 81,9 mln ABŞ dolları yatırdığı bildirilib.
Keçən il beynəlxalq təşkilatlar bu ölkəyə 54,7 mln dollar həcmində yatırım həyata keçiriblər.
Bu ilin ilk üç ayında isə Gürcüstana birbaşa yatırılan investisiyanın həcmi 260 mln dollar təşkil edib.
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...