Ekopublika.az
"Bakcell" eSIM istifadəyə verdi – Azərbaycanda ilk - VİDEO
"Bakcell" şirkətinin abunəçiləri Azərbaycanda ilk dəfə olaraq "eSIM" istifadə edəcəklər. Bununla da plastik SIM karta ehtiyac qalmayacaq.
Yeni nəsil SIM texnologiyası olan eSIM Bakcell abunəçilərinə mobil şəbəkəyə qoşulmanı və rabitə xidmətlərindən istifadəni xeyli sadələşdirən yeni imkanlar yaradır. eSIM vasitəsilə tək SIM kartlı smartfonlarda bir neçə nömrədən istifadə etmək mümkündür.
"Bakcell" virtual SIM kartını almaq və ya mövcud Bakcell nömrəsini virtual SIM karta keçirmək üçün “Bakcell”in rəsmi satış mərkəzlərindən birinə yaxınlaşıb nömrənin QR kodunu telefonla skan etmək lazımdır.
Smartfonunuzun eSIM texnologiyasını dəstəkləməsini yoxlamaq və xidmət barədə daha ətraflı məlumat almaq üçün https://www.bakcell.com/az/esim səhifəsinə keçin.
Bu, "Bakcell"in son bir ay ərzində tətbiq etdiyi ikinci nəhəng texnoloji yenilikdir. Bu yaxınlarda şirkət Azərbaycanda ilk dəfə "VoLTE" texnologiyası istifadəyə verib.
-
Pul05:15"Bitcoin" kəskin ucuzlaşdı
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq
-
Magazin102:12"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək








.jpg)























.jpg)
.jpg)